Alman Milad bayramı yarmarkası təşkil ediləcəkdir
27.11.2013

Dekabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində alman Milad bayramı yarmarkası keçiriləcəkdir.

“Kapellhaus”dan bildirmişlər ki, uşaq xorunun çıxışı ilə açılacaq tədbirdə uduşlu lotereya və müxtəlif əyləncələr təşkil ediləcəkdir.

Toplanmış vəsait Azərbaycanda keçirilən xeyriyyə layihələrinə xərclənəcəkdir.

AzərTAc