ABŞ-ın "Entertainment Weekly" jurnalı Sandra Ballakı 2013-cü ildə şou-biznesin ən gözəl nümayəndəsi seçib
Hollivudun məşhur aktrisalarından biri olan Sandra Ballak ilin ən gözəl qadını seçildi. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Entertainment Weekly" jurnalı 49 yaşlı aktrisanı bu il şou-biznesin ən gözəl qadını seçib. Ballakın şəkli jurnalın üz qabığını bəzəyib.
Şəkildə aktrisa makiyaj və geyiminə görə yunan kraliçalarını xatırladıb.
publika.az