Moskva ağ rəngə boyandı
27.11.2013

“Moskvanın bəzi rayonlarında güclü qar yağmağa başlayıb. Gün ərzində yağan qarın hündürlüyü 2-3 santimetr təşkil edə bilər”.

Bunu Moskva merinin müavini Pyotr Biryukov deyib. Onun sözlərinə görə, qarın qəfil yağması “Şeremetyovo”, “Vnukovo” və “Domodedovo” aeroportlarının işinə maneçilik törətməyəcək. “Əldə olunan məlumatlara görə təyyarə reyslərinin təxirə salınması hallarına rast gəlinməyib”.

Xatırladaq ki, yaxın günlərdə Moskvada havaların çox soyuması, yağan qarın hündürlüyünün isə 13 santimetrə çatması gözlənilir.

publika.az