Uşağın başına meteorit düşdü - ŞOK
27.11.2013

ABŞ-da paradoksal, hətta inanılmaz təsir bağışlayan olay baş verib. Florida ştatındakı Loksahatçi şəhərində yaşayan 7 yaşlı Stiven Lippardevlərinin həyətində oynayanda qəflətən ağır zərbədən yerə yıxılıb. O, başında küt ağrı hiss edirdi. Uşağın qışqırıq səsinə özünü yetirən Ueyn Lippard oğlunun başının yarıldığını, Stivenin başından qan gəldiyini görüb.
Ueyn oğlunu dərhal xəstəxanaya aparıb və uşağın başındakı yaraya 3 tikiş qoyulub.
Daha sonra isə Ueyn həyətdə axtarışa başlayıb, oğlunun başını yaran daşları tapmağa çalışıb. O, kiçik qırıntılar aşkarlayıb və onları Floridadakı Atlantika Universitetinə aparıb.
Universitetdə isə Ueyni şoka salıblar.
"Mənə dedilər ki, oğlumun başına meteorit düşüb. İnanılmazdır, paradoksaldır, amma gerçəkdir. Oğlumun meteorit zərbəsi nəticəsində yerə yıxıldığını düşünmək belə, fantastikdir. Amma bütün bunlar realdır", - Ueyn Lippard deyib.
Atlantika Universitetinin alimlərinin dediklərinə görə, 7 yaşlı Stivenin başına meteorit parçası düşüb, Ueyn Lippardın da təhvil verdiyi qırıntılar meteorit fraqmentləridir. Alimlər indi Loksahatçi şəhərinin Delrey Biç səmtini, Lippardlar ailəsinin evinin yerləşdiyi bölgəni araşdırır, meteoritin digər fraqmentlərini arayırlar.

publika.az