Azərbaycan ərazisində hava bu gündən pisləşəcək
27.11.2013

Bakı və Abşeron yarımadasında noyabrın 28-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Axşam mülayimləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 28-də arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

APA