Günün ulduz falı
30.1.2012

Qoç - İş yerinizi dəyişməyiniz mümkündür. İş münasibətləriniz mürəkkəb və qarışıqdır, problemlərdən qaçmaq istəyirsiniz, bu səbəbdən də gözlənilməz və qəribə qərar verə bilərsiniz. Əvvəlcə yeni yerdə çətin olacaq, amma sonra hər şey düzələcək və siz qərarınıza görə peşman olmayacaqsınız.
Qadın həmkarlarınıza diqqət yetirin: onlar nəinki işlə bağlı, həmçinin şəxsi problemlərinizi həll etməkdə sizə yardımçı olarlar. Romantik münasibətlərin başlanması üçün uyğun gündür. Sizdən tələb olunan - vaxtında təşəbbüs göstərməkdir.

Buğa - Kommersiya fəaliyyəti üçün uyğun gündür. Vacib danışıqları telefon vasitəsilə edin: bu cür daha asan fikrinizi cəmləyə və öz dediyinizi yeridə bilərsiniz. Ehtiyatlı olun, bu gün xeyli vaxtınızı xəyal qurmağa həsr etməyə meyllisiniz. Praktik məsələlərin həllinə daha çox diqqət ayırın ki, gününüz hədər getməsin.
Qida rasionunuza diqqət edin: çox yeyib fiquranızı poza bilərsiniz. Fiziki iş, daha yaxşısı isə gəzinti (özü də romantik) çox məsləhətlidir.

Əkizlər - Sahibkar və rəhbər Əkizlər yaxşı olar ki, kadr məsələləri ilə məşğul olsunlar: istənilən yerdəyişmə üçün əla gündür. Əməkdaşlarınız qərarlarınızı bəyənəcəklər. Bir çox Əkizlər isə karyera yüksəlişi vəd edən təkliflər alacaqlar. Əsas odur ki, təvazökarlıq etməyəsiniz. Öz şərtlərinizi irəli sürün və ətrafınızdakılara onlarla razılaşmaqda mane olmayın!
Ünsiyyətə ehtiyacınız var. Köhnə dostlarınızı yada salın, onlar sizi görməyə şad olacaqlar. Əgər yaxşı təşkil etsəniz, romantik görüş də əhvalınızı xeyli yüksəldəcək.

Xərçəng - Bu gün zəifliklərinizə təslim olur, onların hansı nəticəyə gətirəcəyi barədə isə düşünmürsünüz. Bu arada, özünüzü bir qədər yığışdırsanız, heç də pis olmazdı - intizam və təşkilatçılıq bədxahlarınızın sizin böyük zəhmət bahasına tutduğunuz mövqeyi əlinizdən almalarına mane olacaq.
Bu gün siz danışırsınız, ətrafınızdakılar isə sözlərinizi bir-bir «yığışdırırlar». Odur ki, diqqətli olun! Əvvəlcədən nə deyəcəyinizi də fikirləşin ki, lazım olan məqamda söz axtarası olmayasınız.

Şir - Plan qurun. Onlar nə qədər cəsarətli olsalar, qarşınızda açılan perspektivlər bir o qədər yaxşı olacaq. Neqativ tendensiyalar da az deyil. Nəticədə pul itirə bilərsiniz. Gördüyünüz işin müqabilində az pul alacağınız mümkündür.
Bu gün işgüzar, yaxud şəxsi münasibətlər korlansa da, onlar tez düzəlir. Odur ki, emosiyalarınıza nəzarət edin. Sizin soyuqqanlılığınızı saxlamaq qabiliyyətinizi yaxınlarınız düzgün qiymətləndirəcəklər. Kişi Şirlər tanış qadınlarda silinməz təəssüratlar yaradacaqlar.

Qız - Həm işgüzar, həm də qeyri-formal ünsiyyət üçün yaxşı gündür. Diqqət tələb edən bütün nüanslar barədə siz açıq və doğru danışır, eyni zamanda nəzakətli olmağı da unutmursunuz. Münasibətləri yaxşılaşdırmaq, mübahisəli məsələləri həll etmək üçün yaxşı gündür.
Çoxdan gözlədiyiniz bir xəbəri bu gün, nəhayət ki, alacaqsınız. Sevinməyə bəhanəniz var! Bu xoş xəbəri sizinlə birlikdə həyəcan keçirən dostlarınızla bölüşün. Günün ikinci yarısı pul ala bilərsiniz.

Tərəzi - Sizdən istənməyən məsləhətlər verirsiniz. Bu isə ciddi münaqişələrə səbəb ola bilər: sizin bütün səhvlərinizi, yarımçıq işlərinizi üzünüzə çırpacaqlar. Rəhbərlik qarşısında özünüzü təmizə çıxarmalı olacaqsınız. Bu o qədər qanınızı qaralda bilər ki, hətta işdən getmək barədə də fikirləşə bilərsiniz.
Həmkarlarınızdan fərqli olaraq, yaxınlarınızla daha yaxşı ünsiyyət qurursunuz. Ahəngdarlığı qoruyub saxlamaq üçün hər xırdalığı ürəyinizə salmayın.

Əqrəb - Hər şeyə şübhə ilə yanaşırsınız, buna isə gərək yoxdur. Yaxınlarınızı və doğmalarınızı bu şübhələrinizlə üzməyin, onlar, doğrudan da, sizə qarşı heç bir intriqa hazırlamırlar. Hadisələr qərəzlə yanaşmasanız, həyat sizinçün daha asan olar.
Dəyərli və çox gözlənilməz bir hədiyyə ala bilərsiniz. Pullarla ehtiyatlı olun, bahalı əşyalar almayın, sonra onlardan qurtulmaq çətin olacaq.

Oxatan - İşdə böyük dəyişikliklər mümkündür. Təəssüf ki, yaxşı istiqamətə doğru deyil. Özünüzü ələ alın. Dözümlülük və səbr bütün çətinliklərin öhdəsindən gəlməyinizə kömək edəcək. Dəyərini və aktuallığını itirən hər bir şeydən - əşyalardan, vərdişlərdən, hətta münasibətlərdən - canınızı qurtamağa çalışın. Bunların əvəzinə gələnlər sizi sevindirəcək.
Odla, isti materiallarla çox ehtiyatlı olun: bədbəxt hadisəylə üzləşmə riskiniz böyükdür. Enerjiniz çoxdur.

Oğlaq - Təhsil almaq üçün yaxşı gündür. Bilik almaqda heç bir çətinlik çəkməyəcəksiniz. Çoxdan unutduğunuz çox vacib bir informasiyanı yada salacaqsınız. Sizin diskussiyalarda qızğın iştirakınız nəzərlərdən yayınmayacaq - həmsöhbətləriniz ağlınızı, erudisiyanızı, məntiqi düşüncənizi qiymətləndirəcəklər.
Emosiyalarla isə iş bir qədər çətindir. Hissləriniz ziddiyyətlidir, bəzən onlarla bacarmırsınız. Yaxınlarınızla fikir ayrılığı mövcuddur. İstəmədən kiminsə qəlbini qıra bilərsiniz.

Dolça - Dövlət təşkilatlarının işçilərilə görüş məsləhət deyil. Qaydaların pozulması, adi davranış qaydalarından kənara çıxmağınız sizə baha başa gələcək.
Bu gün ağlınıza yaxşı ideyalar gəlir. Ancaq onları həyata keçirərkən görürsünüz ki, bir çox detalları nəzərə almamısınız. Xoşbəxtlikdən, yanınızda tərəfdaş və həmfikirləriniz çoxdur, bütün problemlərinizin həllində onlar sizə dəstək verəcəklər.

Balıqlar - Hansısa yeni işə başlamaq üçün yaxşı gün deyil. Sizə qarşı təzyiq o qədər güclüdür ki, yaxşı olar, heç mübarizəyə qoşulmayasınız. Müharibəsiz təslim olmaq barədə fikirləşin, nə qədər qəribə olsa da, bu, vəziyyətdən çıxmaq üçün əla üsul olacaq.
Sahibkar Balıqların bu gün firmalarında qayda-qanun yaratmaqla, səmərəli işə mane olan problemləri aradan qaldırmaqla məşğul olmaları məsləhətdir. Sıravi işçilər işlərində səliqəli olsalar, rəhbərliyin rəğbətini qazana bilərlər.

Milli.az