Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri sizə
rahatlıq vermir. Problemi həll etmək, düyünü çözmək, mühüm məsələni
qənaətbəxş səviyyəyə çatdırmaq imkanları yaranıb.
Çoxlu insanın qatıldığı toplantıda diqqət mərkəzində ola bilərsiniz. Problemə yaradıcı yanaşma nümayiş etdirin.
Hobbi və maraqlarınızın sayını artıra bilərsiniz.
Günün ikinci yarısında uzaqdan maraqlı məlumat gələ bilər. Sualınıza cavab alacaqsınız.
Aldığınız informasiyanı dəqiq dəyərləndirin.
Buğa
- aktiv, qarışıq gündür. Gərgin işə, xərclərə, güclü emosiyalara,
rahatlığın müvəqqəti pozulmasına hazır olun. Müəyyən qərarlara təkan
olan və ya tam əksinə, belə qərarların qarşını almağa ehtiyac
yarandığını göstərən nişanələrə fikir verin.
Hisslərinizə güvənin.
Günün
ikinci yarısında ən yaxşı taktika hadisələrin axarı ilə hərəkət
etməkdir. Dəyişikliklərə və şəraitin tələblərinə həssas olun. Çoxdan
planlaşdırdığınız işi reallaşdırmağa başlayın. Şərtlər çətin olsa da,
geri çəkilməyin.
Maraq, rəğbət və ya təmas obyektinin dəyişməsi mümükündür. Konkret məqamdan imtina etmək zamanıdır.
Əkizlər
- pozitiv potensiala malik gündür. Ünsiyyət, toplantı və müzakirələr
üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı artırmaq, təcrübənizi
zənginləşdirmək üçün yaxşı zamandır. Gərəkli məlumatı əldə etməyə imkan
verən tədbirlərə başlayın. Sizi maraqlandıran məsələ ilə bağlı məsləhət
ala bilərsiniz.
Günün ikinci yarısında romantrik
münasibətlər əlavə impuls alacaq. Etiraf, açıq söhbət, gələcəklə bağlı
planlar üçün münbit şərait yaranır.
Yaşanan olayların zahiri rəvanlığının arxasında daha önəmli dəyişikliklərin təzahürlərini görün.
Yaranmaqda olan problemi görün.
Xərçəng
- dünənki gərginlik səhər saatlarından etibarən azalmağa başlayacaq.
Problemlər yaranarsa, güzəştə gedin, çıxış yolu arayın. Aldığınız
məlumata xüsusi diqqət verin. İşlə məşğul olanda və ya informasiya
arayanda sizi maraqlandıran məsələyə dolayı cavab tapa bilərsiniz.
Peşəkar
fəaliyyətinizdə və şəxsi münasibətlərinizdə fəallıq zamanıdır.
Təşkilati məsələləri müdrikcəsinə həll edin, toplantılar keçirin,
fəaliyyətin yeni variantlarını həmkarlarla müzakirə edin.
İdeyaları dərhal reallaşdırmaq mümkün deyilsə, yaxın gələcəklə bağlı dəstək alın.
Şir
- səfər, ünsiyyət, məsləhətləşmə, sizin üçün xüsusi maraq kəsb edən
fəaliyyət sahəsində yeni informasiyanın tətbiqi üçün əlverişli zamandır.
Başqalarının sizə kobud təzyiq etməsinə, sizi idarə etmək cəhdlərinə
sərt cavab verin. Hazır olmadığınız, yaxud da maraqsız təsir bağışlayan
işlərə qatılmayın.
Günün ikinci yarısında hisslər, şəxsi maraqlar müstəvisində hadisələr intensivləşir.
Detallara və nüanslara, şəxsi münasibətlərdə isə emosiyalara fikir verin.
İllüziyalara qapılıb yaşamınızda mühüm irəliləyişi şərtləndirəcək olayı nəzərdən qaçırmayın.
Qız
- maddi məsələləri ön plana çəkin. Çətin qərar qəbul etməli
olacaqsınız. Müxtəlif sahələrdən olan maraqları uyğunlaşdırın,
başladığınız layihəyə final ştrixləri əlavə edin. İşlərin aparılması ilə
bağlı köhnə metodlar artıq işləmir. İncə dəyişikliklər və islahatlar
dövrü başlanıb.
Günün ikici yarısında konkret
addımlarla bağlı məsləhət ala bilərsiniz. Qarşınıza konkret hədəf və
məqsəd qoyun, qüvvənizi paylaşdırın.
Sizə yaxın olan, ümumi
maraq və ya niyyətlərə malik olduğunuz insanlarla sıx ünsiyyət qurun.
Şəxsi münasibətlərlə planlarınıza müdaxilə edəcək spontanlıq amilini
mütləq nəzərə alın.
Tərəzi - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Balşadığınız işi sürətlə başa vurmağa çalışın. Bu günün işini sabaha saxlamayın.
Poçt qutularınızı yoxlayın. Maraqlı informasiya və ya dostlardan təklif ala bilərsiniz. Bu isə proseslərə yeni təkan verə bilər.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə mənasız məqamlarla vidalaşın.
Yeni planlar qura bilərsiniz. Bu gün mühüm qərar qəbul edə bilərsiniz.
Əqrəb - dəyişikliklər zamanıdır. Parlaq, emosional hadisə olacaq. Romantikaya qapılmayın. Güclü hisslər, gözləntilər olacaq.
Böyük
xərcə, başqaları ilə təmasların nizamlanmasına hazır olun. Sizin üçün
önəmli insanların indiyədək kölgədə qalan məziyyətlərinin aşkarlanmasını
diqqətlə müşahidə edin.
Günün ikinci yarısında özünüz barədə az danışın, deyilənlərə huşyar olun. Məxfi məlumatın alınması ehtimalı var.
Xırdalıqları və təfərrüatları önəmsiz saymayın.
Dərman preparatları içməyə aludə olmayın. Ərzaqların keyfiyyətinə fikir verin.
Oxatan
- dəyişikliklərə artan ehtiyac düşünülməmiş, tələsik addımlara təkan
verə bilər. Çox mühüm hadisələr zamanıdır. Lakin niyyətlərlə istəklər
nəticələrlə ziddiyyət təşkil edə bilər. Sonrakı fəaliyyət üçün zəmin
hazırlayın.
İradəli, qətiyyətli davranaraq bədxahların məkrli əməllərinə imkan verməyin.
Sosial təmaslar, gərəkli məlumat almaq üçün əlverişli zamandır. Əhvalınız şən ola bilər.
Günün ikinci yarısında taleyin xəbərdarlıqlarını qulaqardına vurmayın. Yeni tanış olduğunuz insana etibar etməyin.
Oğlaq
- qovhaqovdan bir qədər kənara çəkilib sakit şəraitdə işləməyə
başlayın. Probleminizi çözmək üçün dövlət qurumuna müraciət edin.
Həmfikir və ya müttəfiqlə ümumi maraqlar yarana bilər.
Günün
ikinci yarısı danışıqlar, anlaşmalar, yeni sifarişin və ya tapşırığın
qəbulu üçün əlverişlidir. Yeni məqsədi müəyyənləşdirin. Qüvvələrinizi
səfərbər edin, fəaliyyət prioritetlərini dəqiqləşdirin.
Gördüyünüz işə yenilik və yaradıcılıq elementləri əlavə edin.
Axşam saatlarında qayğıkeş və həssas olun.
Dolça
- həyatınızda müxtəliflik və qəfil hadisələr çoxdur. Orqanizmin müdafiə
imkanlarına pozitiv stresslər də çox mənfi təsir edə bilər.
Başladığınız işləri mütləq şəkildə bitirin.
Günün
ikinci yarısında ideyalarınızdan birini reallaşdıra bilərsiniz. Qüvvə,
imkanlar və yaradıcı yanaşma şansı xali olmayacaq. Daha üstün yer
tutmaq, yeni mövqelərdə möhkəmlənməyin yollarını düşünün.
Əlaqələrlə
təmaslarda aktivləşin. İşlərin cari durumunu həmkar və ya tərəfdaşla
müzakirə etmək olar. Mükaliməni heç bir halda mübahisəyə çevirməyin.
Axşam saatlarında problemi qeyri-formal şəraitdə həll etməyə çalışın.
Balıqlar -
arxa plandakı rolu daha yaxşı yerinə yetirə biləcəksiniz. Yardım edin,
qayğıkeş olun, yaxınlarınız barədə düşünün, eqoist olmayın.
İşdə rəhbərliyin, evdə valideynlərin sözlərinə diqqətlə qulaq asın. Son məlumat, təklif və ideyaları dəyərləndirin.
Günün ikinci yarısında yeniliklər və dəyişikliklərə uymayın. Diqqəti əvvəl başladığınız işlərə yönəldin.
Fiziki iş stress və gərginlikdən qurtulmağa yardım edəcək.
Axşam saatlarında xoş ünsiyyət əsəblərinizi sakitləşdirə bilər.
Milli.Az