Milli Məclisin (MM) 2012-ci il yaz sessiyası fevralın 1-də başlayır. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi
məlumata görə, yaz sessiyasının ilk plenar iclasına 4 məsələ salınıb.
Bunlar Milli Məclisin İntizam Komissiyasının Hesablayıcı Komissiyasının
yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının
qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda
müzakirəsidir.
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının işlər planına ümumilikdə
17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında qanun layihələri daxil edilib.
APA