Avstriya avtonəqliyyatçıları dünyada ilk dəfə olaraq avtomobil yollarında asfalt örtüyündə temperaturun dəyişkənliyini göstərən nişanlardan istifadə etmək qərarına gəlmişlər.
Avstriyanın Alp dağlarından keçən magistral yollarında sınaqdan keçiriləcək layihəyə əsasən, xüsusi məhluldan hazırlanmış rəng örtüyü mənfi temperaturda mavi və qırmızı-bənövşəyi rəng alır. Bu isə həmin yolda hərəkət edən sürücülərin vaxtında ehtiyatlı və diqqətli hərəkət etməsi üçün xəbərdarlıq siqnalı olacaqdır.
Avstriyanın magistral yollarını idarə edən ASFİNAQ şirkətinin verdiyi məlumata görə, temperaturdan asılı olaraq rəngini dəyişən nişan və zolaqlar bütün dünya üzrə avtonəqliyyat sahəsində ilk təcrübə olacaqdır. Özünü doğruldacağı təqdirdə Avstriya şirkətlərindən biri tərəfindən hazırlanmış həmin məhluldan geniş istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, termoxromiyadan (temperatura həssas rənglərdən istifadə) ilkin olaraq istilik göstəriciləri üçün (xüsusi kofe və çay fincanları), son dövrlərdə isə soyuducu qurğularda tətbiq olunur.
“Sehrli nişanlar”dan ilk dövrlərdə körpülərdə, maililiyinin və döngələrin çox olduğu yollarda istifadə ediləcək, sonra isə kütləvi tətbiqinə başlanacaqdır.
AzerTac