Smartfonlar üçün xüsusi mobil tətbiqin köməyi ilə idarə olunan “Parrot AR Drone” kvadrokopteri artıq bir neçə ildir bazarda mövcuddur. Hazırda Almaniyanın “TobyRich” şirkətinin təqdim etdiyi oyuncaq təyyarənin havadakı hərəkətinə smartfon vasitəsilə nəzarət etmək mümkündür.
Yenilik “SmartPlane” adlanır. Uçuş aparatı köpüklü aşqarla polipropilendən işlənib hazırlanmış və buna görə də kifayət qədər möhkəmdir və konstruksiyanın çəkisi yüngüldür.
“SmartPlane” oyuncaq təyyarə litium-ion akkumulyator batareyasının köməyi ilə enerji toplayır. İstehsalçının iddiasına görə, elektrik mühərrikinin maksimal dövrəsi zamanı təxminən beş dəqiqəlik uçuş üçün kifayətdir. “MicroUSB” portu vasitəsilə enerji doldurulmasına 15 dəqiqə vaxt lazımdır.
“SmartPlane” oyuncaq təyyarəsinə idarəedici əmrlər “Bluetooth 4.0 Low Energy” simsiz qoşulması vasitəsilə ötürülür. “iOS” mobil əməliyyat sistemi üçün tətbiqin köməyi ilə yerdən təyyarəyə əmrlər verilir. Hərəkət radiusu 60 metrə bərabərdir.
AzerTac