Avstraliyada yaşayan bir ailə 502 min 165 işıqdan istifadə edərək yeni il ağacı hazırlayaraq rekord qırıb. David Riçard adlı kişi evində 49 kilometr uzunluğundakı iplərdən istifadə edərək qeyri-adi görünüş əldə etməyi bacarıb. D.Riçard rekord qırmaq üçün hər ay 3 min manatadək elektrik pulu ödəyəcək. Lakin elektrik xərcləri üçün tələb edilən pulu xüsusi bir şirkət ödəyəcək.
Xatırladaq ki, yeni il işıqları ilə daha əvvəlki rekord 2011-ci ildə qırılmışdı. O zaman rekordun qırılması üçün 331 min 38 işıqdan istifadə edilmişdi.