Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin təqdimatı keçirilmişdir
28.11.2013

Noyabrın 28 –də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə işlənib hazırlanmış Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin təqdimatı keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, bu sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin Xətai, Nərimanov və Səbail rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq olunmağa başlanmışdır. Sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən istifadə edilmişdir.
Azərbaycanın kitabxanalarının inkişafı naminə atılan bu addım milli kitabxanalarımızın dünya kitabxana sisteminə inteqrasiyasına imkan yaradacaqdır.

AzerTac