Azərbaycan Dövlət Pantomima Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Dekabrın 1-də C.Dadaşovun “Mən və mən”, ayın 7-də Ç.Aytmatovun “Manqurt”, 8-də isə Z.Zeynalovun “Maska” tamaşaları nümayiş etdiriləcəkdir.
Teatrın kollektivi dekabrın 14-də B.Xanızadənin “No comment”, 15-də Ə.Abdullayevin “Çərçivə” tamaşalarını təqdim edəcəkdir.
Teatrsevərlər dekabrın 21-də N.Qəribova və C.Dadaşovun “Katarsis”, 22-də isə Ç.Aytmatovun “Manqurt” tamaşalarına baxa biləcəklər.
Dövlət Pantomima Teatrının səhnəsində dekabrın 28-də N.Qəribovanın “Adsız”, 29-da S.Hacıyevanın “Dejavü” tamaşaları göstəriləcəkdir.
Pantomima Teatrının kollektivi dekabr repertuarında balaca tamaşaçıları da unutmamışdır. Ayın 8-də A.Eqzüperinin “Balaca şahzadə”, ayın 15-də “Məlikməmməd”, 22-də isə A.Şaiqin “Tıq-Tıq” tamaşaları nümayiş etdiriləcəkdir.
AzerTac