Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümüdür.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının
yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu
ildə İrana mühacirət edən M. Ə. Rəsulzadə bir müddət orada “İrane-nou”
qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan
sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın
yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik
işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə
M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin
təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina
edərək SSRİ-ni tərk edib.
Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.