Hollivud ulduzu Ancelina Colinin Bakıya gözlənilən səfəri barədə məlumat Azərbaycan KİV-lərinə ən çox müzakirə olunan xəbərlərdən biri olub.
Məşhur ulduz Bakıya yeni ticarət mərkəzinin açılışına gələcəyi ilə bağlı məlumat yayılıb.
Ancaq heç bir xəbərdə aktrisanın Bakıya səfərinin nə vaxt olacağı və xəbərin mənbəyi ilə bağlı məlumat olmayıb.
Ancaq qeyd olunur ki, bu yaxınlarda açılışı planlaşdırılan “Harvey Nichols” parfümeriya və paltar mağazasının açılışında Ancelina Colinin iştirakı gözlənilir.
“Harvey Nichols” brendinin Bakıdakı təmsilçisi ilə əlaqə saxladıqdan sonra məlum olub ki, bu barədə konkret heç bir şey planlaşdırılmayıb.
“Əgər “Harvey Nichols”un əsas ofisinin rəhbərliyi Ancelina Colini Bakıya fəxri qonaq kimi dəvət etmək qərarı versə, biz buna ancaq sevinə bilərik”, - deyə “Harvey Nichols” şirkəti ilə lisenziyalı razılaşması olan, brend təmsilçisi bildirib.
Gün.Az