İsraildə ölülər üçün sosial şəbəkə yaradılıb. “Neshama” adlanan şəbəkənin ideya müəllifi iş adamı Furman Usadır.
Onun sözlərinə görə, bu sosial şəbəkə mərhumun yaxınlarına acını paylaşmağa və xoş xatirələri qorumağa imkan verəcək.
Sayt yalnız ibrani və ingilis dillərində işləyir. Sayta qəbirlərin fotoşəklini və mərhum barədə məlumatları yükləmək mümkündür. Qohumlara mərhumun şəkillərini və video yazılarını paylaşmaq imkanı yaradılıb. Hər bir mərhumun şəklinin altında xatirə şamı da yandırmaq olar.
Ancaq sayt elə də populyar deyil və hələ ki, cəmi beş istifadəçisi var.
ANS PRESS