Heydər Əliyev adına Sarayın səhnəsində aşıqların "Aşıq sənətinin
davamçıları" adlı qala-konserti keçiriləcək.
Konsertdə iştirak
edəcəklər: Əməkdar mədəniyyət işçiləri Nemət Qasımlı və Əhliman Şirvani,
"Nemət" aşıq qrupu, Altay Məmmədli, Təbriz Vəliyev, İlham Aslanbəyli,
Vüqar Mahmudoğlu, Ədalət Tapdıqoğlu, Dilbər Əliyeva, Qələndər Zeynalov,
Heydər Məqsədoğlu, həmçinin Respublika aşıq müsabiqəsinin qalibləri
-İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı.