Aşıqların konserti
31.1.2012

Heydər Əliyev adına Sarayın səhnəsində aşıqların "Aşıq sənətinin davamçıları" adlı qala-konserti keçiriləcək.
Konsertdə iştirak edəcəklər: Əməkdar mədəniyyət işçiləri Nemət Qasımlı və Əhliman Şirvani, "Nemət" aşıq qrupu, Altay Məmmədli, Təbriz Vəliyev, İlham Aslanbəyli, Vüqar Mahmudoğlu, Ədalət Tapdıqoğlu, Dilbər Əliyeva, Qələndər Zeynalov, Heydər Məqsədoğlu, həmçinin Respublika aşıq müsabiqəsinin qalibləri -İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı.