Uelsli qadın sevgilisindən boşanmaq istəyini pivəxananın ad tablosuna yerləşdirib.
Uelsin Suonsi şəhərində adı açıqlanmayan qadın öz əri ilə boşanmaq üçün qeyri-adi üsul fikirləşib. O, boşanmaq qərarını daimi getdiyi pivəxananın ad lövhəsinə yazıb.
Şəhərdəki “Noah's Yard” pabı öz ad lövhəsində maqnit yapışdırıcısı ilə müxtəlif yazılar yerləşdirməyə icazə verir. Ona görə qadın lövhədə “Pol... Mən səndən boşanıram” sözlərini yerləşdirib. İki gündən sonra qadın öz tələbini “Bizim itimiz məndə qalacaq” sözləri ilə əvəzləyib.
Pabın sahibi Noa Redfern etiraf edib ki, maqnit lövhəsindəki yazılar pivəxananın tarixində geniş yayılmış praktikaya çevrilməkdədir. Çünki bir neçə il qabaq həmin qadın “Pol, mənimlə evlənərmisən?” sözlərini yazıbmış. Maqnit lövhəsi beləliklə qadının öz sevgilisi ilə ünsiyyət vasitəsinə çevrilib.
publika.az