"Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi" sərgisi
31.1.2012

Azərbaycan Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, Yaponiya Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı sərgi təşkil edilib.
“Budo ruhu – Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgisi dünyanın bir çox böyük şəhərlərində təqdim olunur.
Bu sərgidə döyüş meydanında vuruş üsullarından (döyüş texnikası) idman olaraq, budodan tutmuş, Yaponiyanın döyüş texnikası tarixinə qədər budonun nə olduğunu izah etməyə səy göstərmişdir. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə ox, yay, zirehli paltar, baş dəbilqəsi kimi döyüş əşyalarının əsli və ya reproduksiyası nümayiş olunmaqla, VIII-IX əsrə kimi döyüş sənətindəki dəyişikliklərlə izah olunur.
İkinci hissədə isə IX-XX əsrlərdə “bucyutsu” sözünün “budo” sözünə necə dəyişildiyi və yaponların gündəlik həyatında budo ruhunun necə əks olunduğu izah olunur.
Sərgidə həmçinin 9 “budo” növü və onlar üçün istifadə olunan alətlər də sərgilənir.
Sərgidə həmçinin, Şərqi Yaponiyada baş verən dağıdıcı zəlzələdən sonra bərpa işlərini əks etdirən “Tohoku. Sabaha daha yaxşı dirçəlişlə” adlı foto sərgi də nümayiş ediləcəkdir.