Dünyanın ən böyük Milad şamı yandırıldı - FOTO
2.12.2013

Alamaniyanın Şliç şəhərində böyüklüyünə görə hələ 1992-ci ildə Ginnesin Rekordlar kitabına düşən dünyanın ən böyük Milad şamı yandırılıb.

Bu 1943-cü ildə tikilən Hinterburq qalasıdır ki, Milad ərəfəsində qırmızı boyanır və yuxarı hissəsində təxminən 140 lampa quraşdırılır. Konusvari işıqlar alovu xatırladır.

Lampalarla birlikdə şamın hündürlüyü 42 metrdir. Bundan əlavə, qalanın qarşısında gözəl mənzərə var və miladla bağlı təşkil olunan yarmarkaya açılır.

ANS PRESS