Dünyanın ən uzun tuneli inşa olunur
2.12.2013

Çində ölkənin şimal-şərqindəki Dalian şəhərini şərqdəki Yantai şəhəri arasında dənizaltı tunel çəkiləcək. Tunelin uzunluğunun 123 kilometr olacağı bildirilib.

42 milyard dollara başa gələcək layihə həyata keçdikdən sonra iki şəhər arasındakı məsafə təxminən 1000 kilometr azalacaq.

Xatırladaq ki, hələlik dünyanın ən uzun dənizaltı tuneli 54 kilometrlik uzunluğu olan Yaponiyanın Hokkaido və Honşu adalarını bir-birinə bağlayan Seikan tunelidir.

gun.az