Həmişə dəbdə olan ləl-cəvahirat hansıdır?
2.12.2013

“Mirvarilər hər zaman öndə olan ləl-cavahiratdır” bu sözləri dahi qadın KoKo Şanel söylənib. Mirvarilər onun sayəsində dəbə daxil olub və qadın qarderobunun ayrılmaz hissəsinə çevirilib.O, hesab edirdi ki, mirvarilər hər bir modapərəst qızın qarderobunda olmalıdır.

GoMap.Az "Nargis" jurnalının mirvarilər haqqında hazırladığı maraqlı yazını verir.

Başqa daş-qaşlardan fərqli olaraq mirvariləri daha layiqli hala salmaq üçün emaldan keçirməyə ehtiyac yoxdur. Mirvarilərin ən böyük üstünlüyü ondadır ki, onlar müxtəlif obrazlarla asanlıqla uyğunlaşır. Hər vaxt, hər yerdə taxmaq olar. Simə düzülmüş sədəflər istənilən qadını bəzəyib zəriflik verməyə qadirdir. Lakin hər hansı bəzək əşyası kimi onu nə ilə geyindiyinizə fikir verin.

Qısa və boyuna yapışan mirvarilər dekolte geyimlərlə qəşəng görünürlər. Bu variantı sadə gecə geyimlərində və hər yaşda tətbiq etmək olar.

Orta uzunluqda mirvariləri isə geyimin üstündən taxanda daha zərif qalır. Onları həm gündəlik, həm ofis, həm də kokteyl geyimləri ilə uzlaşdırmaq olar, əsas düzgün geyim seçməyi bacarmaq lazımdır.

90 sm-dən uzun mirvari boyunbağılar isə sizi istənilən dəvətin şahzadəsinə çevirəcək. Uzun olduğu üçün boyunbağını istədiyiniz kimi istifadə edə, hətta bir neçə dəfə boyun ətrafında dolaya bilərsiniz. Koko Şanelin özünü də fotoların çoxunda mirvari boyunbağını ya paltarın üstündən asmış, ya da boynuna dolayan formada görürük. Nəzərə almaq lazımdır ki, parça nə qədər sadə olsa, muncuqların sayı bir o qədər çox ola bilər.

Mirvarilərin belə bir qaydası var: qadının yaşı nə qədər çox olsa, mirvarinin ölçüsü də bir qədər böyük olmalıdır.

Jaklin Kennedi, Odri Xepbern və şahzadə Diana milyonlarla insanın yaddaşında boyunlarına taxdıqları sapa düzülmüş rəngli sədəfləri lə qalıblar.

Bu gün isə Sofi Loren, Ancelina Coli, Kira Naytli, Sandra Bollok, Sara Cessika Perker və başqalarını mirvarisiz təsəvvür etmək mümkün deyil.

Müasir modapərsətlər gözəllik eksperimentlərindən çəkinməməlidirlər. Miravarilərin sadə klonla sintezi də qəşəng görünür. Lap uzun mirvariləri paltarın arxasına da atmaq olar, əgər kürək dekoltesi varsa. Sizin bu obrazınız ətrafdakıların yaddaında uzun müddət həkk olunacaq.

publikA.az