Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Tıq-tıq xanım” tamaşası nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı, rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Simurə Məhərrəmova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, musiqi tərtibatçısı İradə Muradovadır.
Tamaşada rolları teatrın aktyorları Günel Məmmədova, Elnur Hüseynov, Aygün Mehrəliyeva və başqaları ifa edəcəklər.
publika.az