Varlılar üçün sualtı limuzin - FOTO
3.12.2013

Hollandiyanın sualtı firmalarından biri varlı müştəriləri üçün dünyanın ilk sualtı limuzinini hazırlayıblar.

U Boat Worx adlı şirkət pulu çox olan müştərilərə su altında gəzmək üçün bir dəniz altı maşını inkişaf etdirməyə çalışırlar. Şirkətin "sualtı limuzin" kimi təqdim etdiyi C-Explorer 5, sərnişinlərinə fantastik filmlərdəki kimi fərqli bir əyləncə olacaq.

Maşının prototipi Fransanın Monako şəhərində sentyabrda təşkil edilən Yat Şousunda nümayişə çıxarılan C-explorer 5 2,4 milyon dollara satışalacaq.

Lüks tətil müəsisələrinə və varlı mütərilərə satılacaq olan C-5 300 metrə dərinlikdəki təzyiqə davam gətirə biləcək şəkildə hazırlanıb. Maşının sürəti isə saatda təxminən 6 km-dır. Sualtı limuzin təxminən 8 saatlıq batareya ömrünə bərabərdir.

Hollandiyalı mütəxəssislər hər hansı bir səbəbə görə suyun dibində qalma riskini aradan qaldırmaq üçün bu müddəti 16 saata qədər artırmaq istəyir. Əgər sualtı litium ion batareyasının gücü bitib suyun dibində qalsa, sərnişinlərin kömək gələnə qədər 96 saatlıq oksigeni olacaq.

Big.az