ABŞ Hərbi Hava Qüvvələri Quam adasına 2 min ölü siçan atıblar.
Bu siçan bombardmanı ekoloji xarakter daşıyır.
Belə ki, gəmiricilər Quam adasının flora və faunasına təhlükə yaradan ilanların məhv edilməsi üçün zəhərləniblər. Boyqa ilanları 1950-ci illərdə təsadüfən adaya gətirilib və o andan etibarən adanın ekologiyasına ziyan vururlar. Onlar gəmiricilər, yarasalar və quşlarla qidalanırlar. Adadakı 10 quş növündən 9-u bu ilanlar tərəfindən məhv edilib. Eləcə də, bu ilanların uşaqlara hücum etdiyi hallar da olub. Mütəxəssislər qeyd edirlər ki, siçanlarda olan bu zəhərlər ancaq ilanlara ziyan vura bilər.
Gün.Az