Atlas, orqanza, muncuq və qızılı bəzəklərdən hazırlanan geyimin ilkin qiyməti 103 min manatdır. Şahzadə Diananın “Nağıl” adlı libası hərracda satışa çıxarılacaq. Proqnozlara görə, paltar 80 min funt sterlinqə, yəni təqribən 103 min manata satılacaq.
Paltar 28 il əvvəl, 1986-ci ildə dizaynerlər Devid və Elizabet Emanuel tərəfindən hazırlanıb. Şahzadə Diana bu paltarı bir neçə dəfə geyinib. Geyimin hazırlanmasında atlasdan, orqanzadan muncuq və qızılı bəzəklərdən istifadə olunub.
Hərrac sabah İngiltərənin paytaxtı Londonda baş tutacaq.
Video
ANS