Dekabrın 7-də Latviyanın paytaxtı Riqada “Miss Top of the World-2013” beynəlxalq top model müsabiqəsinin finalı keçiriləcək.
“High Life Fashion & Model Academy”-nin baş direktoru Aqil Məmiyev açıqlamasında “Miss Top of the World-2013” müsabiqəsinə Azərbaycandan 22 yaşlı model Oksana Rzayevanın qatıldığını deyib.
Qeyd edək ki, ümumilikdə müsabiqəyə 18 ölkədən təmsilçi qatılıb.
Promo-aksiyalar dekabrın 1-dən başladığından müsabiqə iştirakçıları Riqaya bir həftə öncədən toplaşıblar.
gun.az