Beynəlxalq Əlillər Gününə həsr edilmiş tamaşa göstərilmişdir - FOTO
4.12.2013

Beynəlxalq Əlillər Günü münasibətilə Bakı Uşaq Teatrının kollektivi dekabrın 3-də Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda və Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evində tamaşa nümayiş etdirmişdir.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, qayğıya ehtiyacı olanlardan öz diqqətini əsirgəməyən teatrın aktyorları və musiqi kollektivi onların qarşısında maraqlı nömrələr göstərmişlər.

AzərTAc