Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd ediləcəkdir.
Tədbirdə sənətkarın ömür yolundan və Azərbaycan musiqisinə bəxş etdiyi ölməz sənət incilərindən söz açılacaqdır.
Gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin və “Dan ulduzu” ansamblının ifasında bəstəkarın unudulmaz mahnıları səslənəcəkdir.
AzərTAc