Dekabrın 1-də Fransanın Seyn adasında uzun illərdən sonra ilk dəfə körpə dünyaya gəlib. Emili adlı qız uşağının doğulması 1978-ci ildən sonra adada birinci hadisədir.
Məsələ bundadır ki, adada 1978-ci ildən sonra uşaq doğuşu qeydə alınmayıb. Otuz beş il keçdikdən sonra adada ilk dəfə körpənin doğulması təəccüblü hadisə kimi qarşılanıb.
Adanın 215 nəfərdən ibarət sakininin əksəriyyətinin yaşı 45-i keçib.
Körpənin anası evdar qadın, atası isə yanğınsöndürən vəzifəsində çalışır.
Yeni doğulan körpəyə baş çəkən mer bildirib ki, balaca Emilinin dünyaya gəlişi ilə adadakı orta yaş həddi aşağı düşüb.
ANS PRESS