Şimali İrlandiyanın işsiz sakini Marqaret Lafri "EuroMillions" lotereyasında 27 milyon funt-sterlinq (32,5 milyon avro) udub.
Tiraj ötən həftə oynanıb. Lafri lotereya biletini işə düzəlmək üçün getdiyi dükanda almışdı.
Şimali İrlandiyanın Straban şəhər sakini M.Lafrinin dediyinə görə, udduğu pullar sayəsinə arzusunu gerçəkləşdirəcək, İspaniyanın cənubuna yollanaraq orada yaşayacaq.
"Hələlik tələsmirəm. Uduşumun başqa insanların da bəxtəvər olmasına yardım etməsini istəyirəm", - 48 yaşlı M.Lafri deyib.
Milli.Az