Bakıda maskalı Yeni il karnavalı olacaq
4.12.2013

Artıq Yeni ilə sayılı günlər qalır.

2014-cü il ərəfəsində hər kəs maraqlı gün keçirmək istəyir.

Dekabrın 29-da “R.N group” tərəfindən şəhərin istirahət və əyləncə mərkəzlərindən birində maraqlı Yeni il karnavalı təşkil olunacaq. Gecədə tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı, diskoteka, DJ-lərin çıxışları, rəqslər, əyləncəli oyunlar, hədiyyələr olacaq.

Şaxta Baba və Qar qız da qonaqları salamlayacaq. Gecənin maraqlı tərəflərindən biri də hər kəsin maskada iştirak etməsidir.

Gün.Az