Nigeriyalı dənizçi Harrison Okenenin batan gəmidən qurtarılmağının görüntülərini yayımlanıb.
26 yaşlı Harrison Okene dənizin altında 30 metr dərinlikdəki gəminin içində tapdığı hava şarı ilə 60 saatdan çox qurtarılmağı gözləyib.
Okene Nigeriya sahillərində pis havaya görə aşan gəmidə aşpaz idi. Gəmi tərsinə çevrilib batanda hava şarı tapan Okene burada 3 gün ərzində az-az kola içərək həyatda qalmağı bacarıb. Okenenin hekayəsi iyun ayında yayılmışdı. Lakin görüntülər ötən günlərdə ortaya çıxıb.
Görüntülərdəki qurtarma qrupu batan gəmidən ölüləri çıxartmaq üçün suya dalır. Lakin birdən işçilərdən birinin sağ olduğunu görürlər. Qurtarma qrupu şoka düşən Okeneni sakitləşdirməyə çalışır.
Dalğıclar üçün belə təhlükəli olan 30 metrlik dərinlikdə 3 gün keçirən Okene yavaş-yavaş sudan çıxarılıb.
Video
publika.az