Dünyanın ən dəbli birinci xanımı haqqında film çəkiləcək
4.12.2013

Grace Kelly Amerikanın sevilən film ulduzudur. Mərakeş şahzadəsi ilə evləndikdən sonra birinci xanım titulunu daşıyır. 1982-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişir.

Mərakeş şahzadəsi Grace Kelli yaşadığı və dünyasını dəyişəndən bu günə qədər hələ də stil ikonası olaraq qalıb. Zövqlü üslubu və gözəl xarakteri ilə 20-ci əsrin ən çox dəyər verilən xanımlardan biridir. Ona heyran olmayan insan çətin ki, tapılardı...

“Hermes” markası hələ şahzadə həyatda olarkən ondan ilham alaraq “Kelly” çanta modelini hazırlayır. Bu çanta hazırda ən çox arzulanan modellərə daxildir. Bu da onu göstərir ki, onun stilindən təkcə qadınlar deyil, bir çox bahalı markaları da bəhrələnir.

Belə ki, “VeraVang” şahzadənin gəlinlik modelinə bənzəyən gəlinlik kolleksiyası hazırlayır. 2012-ci ildə “Mont Blanc” “Grece de Monaco” adlı zinət əşyaları, saat, kəmərlərdən ibarət xüsusi kolleksiyası çıxarır. Bütün bunlar Grace Kellynin, hətta dünyanın ən bahalı markalarını təsiri altına aldığına dair əhəmiyyətli dəlillərdir.

“Mad Man” seriyalının kostyumlarını hazırlayan dizayner məhz bu qadının üslubunu təqlid edib. Seriyala baxanlar yəqin ki, bunu hiss ediblər.

Onun haqqında yazılan kitablar qadınların ona olan marağın hələ də sönmədiyini təsdiqləyir.

1929-cu ildə dünyaya gələn Grace yaşasa idi, bu gün 84 yaşı olacaqdı. 2014-cü ilin yazında şahzadənin 85 illik yubileyinə həsr olunmuş və həyatından bəhs edən filmin premyerası olacaq.

Filmin baş rol ifaçısı Nikol Kidmandır.