Şimal bölgəsinə qar yağıb
4.12.2013

Dekabrın 3-dən başlayaraq Qubaya və şimal zonasının bir sıra rayonlarına qar yağıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Quba şəhərinin mərkəzinə 3 sm qalınlığında qar düşüb.

Şimal zonasında ən çox qar Altıağac ərazisinə düşüb. Burada qarın qalınlığı 12 sm-ə çatıb.
Qubanın Xınalıq və Xaltan ərazilərində 4-5 sm, Qusarda 2-3 sm qalınlığında qar müşahidə olunub.

Axşam saatlarında havanın şaxtalı olması səbəbindən Quba şəhərinin, eləcə də bir sıra dağ kəndlərinə gedən yollar buz bağlayıb. Maşınların rahat və təhlükəsiz hərəkəti üçün yollara texnika cəlb edilib.

Məlumata görə, qeyri-sabit hava şəraiti iki gün davam edəcək.

gun.az