Su meymunları görüntüləndi - İLK DƏFƏ
4.12.2013

Nəhəng siçanları xatırladan və nəsli tükənmək üzrə olan su meymunları uzun müddətdən sonra Türkiyənin Qarasu çayında görüntülənib.

Sözügedən meymunlar Cənubi Amerika mənşəlidir və gəmiricilər sinfindəndir. Meymunların erkəkləri təxminən 7 kq, dişiləri isə 5-6 kq çəkidə olur.

Gəmiricilərə aid olan bu heyvanlar çox da gözə görünməzlər. Bu xüsusi heyvanı görmək istəyənlər səbrlə uzun müddət gözləməlidirlər.

Onlar 1800-cü illərin sonlarında Cənubi Amerikada xüsusi fermalarda kürklərinə görə bəsləniblər.

Daha sonra bu heyvanlar başda Amerika, SSRİ və Avropa olmaqla müxtəlif fermalara gətirilib.

Iğdıra isə Rusiya, Ermənistan və ya İrandan gəlmək ehtimalı var.





publika.az