Mövsümün aktual trendlərindən biri şübhəsiz, çəhrayı paltolardır. Açıq tonların qara platolarla əvəz olunması bizim üçün qeyri-ənənəvi haldır. Çəhrayı rəngin müasir interpretasiyası qızlar üçün də gözlənilməz oldu.
Açıq tonlar artıq romantik təbiətli və bayram-əhval ruhiyyəli geyim əşyası olmaqdan çıxıb.
Bu mövsüm çəhrayı paltolar kifayət qədər ciddi üslub hesab olunur. Onlar tamamilə işgüzar və biznes-ledinin gündəlik üslubunu tamamlayan qış geyimləridir. Onun fərqləndirici cəhətləri bunlardır:
Universaldır – istənilən geyimlə uyğunlaşdırmaq olar.
Ciddi kişi geyiminin elementlərini də özündə birləşdirir.
Diane Von Furstenberg, Balenciaqa, Rochas Carven, Celine, Marc Jacobs, Tara Jamon kimi markalar qış kolleksiyalarında çəhrayı tonlara yer veriblər.
Zərif qadın gözəlliyini vurğulayan “Red Valentino” yaxud “Moschino Cheap&Chic”-in çəhrayı üst geyimlərindən heç bir qız imtina edə bilməz. Amma bu, əlbəttə ki, bahalı həzzdir.
Qış qarderobunu yeniləmək üçün məşhur internet maqazinlərə də müraciət edib oradan zövqü oxşayan kifayət qədər dəbli paltolar tapa bilərsiniz.
Seçiminiz hansı markadan olursa-olsun çəhrayı palto alarkən bir neçə detalı yadda saxlayın. Çəhrayının ən yaxşı tonu bozumtula çaları sayılır, aksessuar nə qədər az olsa, bir o qədər yaxşıdır. Zamşa materialdan olan ayaqqabı həm işgüzar, həm də ki, romantik obrazınızı tamamlayacaq.
Hətta soyuq qış səması tutqun və boz olsa belə, çəhrayı paltonuza zəriflik və istilik qatacaq.
Publika.Az