Azərbaycan aktyoru türk serialına çəkiləcək. Türkiyənin "TRT" kanalında yayımlanan "Zengin Kız Fakir oğlan" serialının aktyor siyahısına daha bir azərbaycanlı qatıldı. Aktyor Nicat Həbibov həmin filmə transfer edilib.
Azərbaycanda bir çox seriallarda çəkilən Nicat Həbibov "Zengin Kız Fakir Oğlan" serialında həkim Ramin obrazını canlandıracaq.Nicat Türkiyə’nin ən məşhur aktyorları ilə tərəf müqabili olacaq. "TRT"in baş direktoru bir neçə dəfə Azərbaycanı ziyarət edərək "Can Azərbaycan" üçün "TRT" imkanlarının səfərbər edəceyini söyləmişdi.
Direktor İbrahim Şahin Azərbaycanın ağrısını, acısını, sevincini, kədərini eləcədə mədəniyyətini, ədəbiyyatını "TRT" vasitəsilə Türkiyə və Türk dünyasına çatdıracağını söyləyib.
Filmin rejissoru Birol Güven May ayında Bakıya gələrək, "TRT"nin Bakıdakı nümayəndəliyinin təşkilatçılığıyla imza günündə yerli sənətçilərlə görüşüb. Birol Güven Nicat Habibovun serialda oynamasının Azərbaycanlı tamaşaçılar tərəfindən sevinclə qarşılanacağını və xoş sürprizlərin davam edəceyinin mesajını göndərib.
Qeyd edək ki, "Zengin Kız Fakir Oğlan" serialı "TRT 1" kanalında hər həftənin Cümə axşamı Bakı saatı ilə 21.50 yayımlanır.
ANS PRESS