“Nightscope” şirkəti alimləri görünüşcə məşhur astromexaniki “R2-D2” droidinə oxşar mühafizəçi robotu çıxartmağa hazırlaşırlar.
Mühafizəçi robotun hündürlüyü 1,5 metrdir, o, videokamera, teplovizor, lazer məsafəölçəni, radar, havanın keyfiyyətinin ölçülməsi cihazı və mikrofonla təchiz edilmişdir. Robotun avtonom istifadə imkanı onun özəlliyidir. Bundan başqa, o, ölçüləri öncədən operator tərəfindən təyin edilmiş sahədə öz vəzifələrini icra edə bilər.
Yaxın gələcəkdə istehsalçılar bu droidi sensorların köməyi ilə şəxsləri tanımaq və onun silahlanması imkanını qiymətləndirmək qabiliyyəti ilə təchiz etməyi planlaşdırırlar. İstehsalçıların hesablamalarına görə, məktəblərə və idarələrə sözügedən mühafizəçi robotların xidmətləri gözətçi tutmaqdan daha ucuz başa gələcəkdir.
AzərTAc