Fevralın 1-də axşamdan başlayaraq yenidən hava şəraitinin daha da kəskinləşəcəyi, 2-də temperaturun ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı, şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, yollar buz bağlayacaq. Bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. Şaxtalı hava şəraitinin fevralın 5-dək davam edəcəyi gözlənilir.
Fevralın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən daha da kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 3-də gecə və axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin gecə arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Fevralın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyinin əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 2-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta. Olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Fevralın 3-4-də bölgələrdə fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayın 3-də gündüz qərb rayonlarında, 4-də gündüz şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək, Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.
APA