Vertu bahalı smartfon brendinin əsasını qoymuş, Nokia şirkətinin keçmiş dizayneri Frenk Nuovo MetaWatch şirkəti ilə birgə smart saatın hazırlanması ilə məşğul olacaq. Qurğunun 2014-cü ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir.
MetaWatch şirkətinin əvvəlki saatı ilə müqayisədə yenilik təkmilləşdirilmiş ekranla təchiz ediləcək. "Hələ ki başqa informasiya yoxdur. Mənim üçün vacib olan gözəl qurğu yaratmaqdır", - şirkətin direktoru Bil Qeyzer deyib. O şikayətlənib ki, hazırda bazara çıxarılan smart qurğuların gözəlliyi haqqında düşünülmür və bu problemi aradan qaldırmağa söz verib.
Xatırladaq ki, məhz Frenk Nuovo Nokianın çiçəklənməsinə öz töhfəsini verib. Məhz o, 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində sonralar tarixə çevrilmiş telefon görünüşlərini hazırlayıb.
Milli.Az