Əsl məhəbbət: ər və ondan üç dəfə böyük xanımı - FOTO
5.12.2013

Ənənəvi olaraq ər xanımından iri, cüssəlidirsə, bəhs etdiyimiz ailədə hər şey tərsinədir. Çünki ər arvadından üç dəfə balacadır. Üstəlik, arvadın 3, ərin 1 yaşı var.

"Ər" Vest-Haylend teryeri cinsindən olan ağ rənli Coui, "arvad" isə rotveyler Zaradır.

İtlərin sahibəsi Tereza Pettersonun dediklərinə görə, Coui və Zara bir-birlərini çox sevirlər.

Onların sevgisindən 11 küçük doğulub. Lakin küçüklərin 4-ü doğuşdan az sonra tələf olub.

Zara indi 7 küçüyün anasıdır. Coui də balalarını sərt "tərbiyə" edir, onlar dəcəllik edəndə dişləyir, itələyir, onlara yerlərini göstərir.
Tereza Pattersonun dediyinə görə, teryer və rotveyler cinslərinin qarışığından doğulan küçüklər "uottis" adlanır.

İngiltərənin Yorkşir qraflığındakı Şimali Qrimston şəhərində yaşayan 50 yaşlı miss Tereza itləri ilə fəxr edir: "Onlar bir-birlərini çox sevirlər. Bəzi insanlar hisslər və sədaqət baxımından bu itlərdən nümunə götürməlidirlər".

Onun sözlərinə görə, oğulları Conatan və Metyu iki küçüyü götürüb saxlamaq niyyətindədirlər.



Milli.az