Qoç - Kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən uğursuzluqları ürəyinizə salmayın. Güzəştlərə getməyə çalışsanız da, sizi başqalarının istəklərini anlamaq istəməyən eqoist hesab edirlər.
Yaxın ətrafınızdakı insanlara yardım edəndə cavabında mükafat gözləməyin. Buna rəğmən, "sağ ol" eşitmək pis olmazdı.
Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin. Yeni maraq arayın. Həmfikirlə yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz.
Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil.
Buğa - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin. Yaxın ətrafınızdakı insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda həssas olun, onlara yardım edin.
Günün ikinci yarısında anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır.
Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil.
Əkizlər - Əhvalınız tez-tez dəyişəcək. Xırda işə sevinməyinizin və ya heç bir səbəb olmadan qəmlənməyinizin niyə baş verdiyini özünüz də anlamırsınız. Ən sadə işlərə diqqəti yönəltmək asan deyil. Fəqət pərişan və bədbin olmayın.
Yaşamınızı çətinləşdirməyin. Önəmli işləri daha münasib zamana qədər təxirə salın.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Təşkilati məsələlərin həllini etibar etdiyiniz insana həvalə edin. Dostlar və sevdiyiniz insan sizi dəstəkləməyə çalışırlar. Lakin onlar qəflətən xətrinizə dəyə bilərlər.
Xərçəng - Sadə məsələlərlə yanaşı, mürəkkəb problemlərin həlli üçün münasib gündür. Gəlir, sərfəli anlaşma və uğurlu alış-veriş istisna deyil. İstənilən görüş pis keçməyəcək. Dostlarla yanaşı, müttəfiq tapmaq olar.
Günün ikinci yarısında başlayacaq romantik münasibətlər sizi uzun müddət sevindirə bilər.
Yaxınlarınızla yanaşı, yaxşı tanımadığınız şəxslər də sizə yardım üçün müraciət edirlər. İstəklərin yerinə yetirilməsi çətin olsa da, sərt cavab verməyin.
Qəfil gəlişlər xoş ola bilər. Qonaqları sevindirin.
Şir - Ünsiyyət üçün uğursuz gündür. Yaxınlarınızla dil tapmaq üçün göstərdiyiniz bütün səylərlə rəğmən qarşılıqlı anlaşma gərəkli səviyyədə deyil. Fikir və mövqelərinizi maksimum dərəcədə həssas, səbirli formada bildirin. Tənqidlərə sərt reaksiya verməyin. Köhnə dostların məsləhətlərinə qulaq assanız, kobud səhvlərdən qurtula bilərsiniz.
Günün ikinci yarısı maliyyə baxımından əlverişli deyil. Bədxərclik etməyin. Gəlir ehtimalı azdır. Ailə üzvlərindən biri ilə bağlı üzücü xəbər ola bilər.
Qız - Çox əlverişli, harmonik və rahat gündür. Özünüzü yaxşı hiss edəcəksiniz. Xoş əhvalınızı pozmayın. Yaxın ətrafınızdakı insanları da sevindirməyə çalışın. Qəfil, amma çox cazibədar təklifin alınması mümkündür.
Günün ikinci yarısı funksional olmasa da, gözəl əşyanı almaq üçün əlverişlidir. Bu əşyanı aldığınıza görə heyfsilənməyəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Amma bu planlar barədə yaxın ətrafınızdakı insanlara müfəssəl məlumatlar verməyin.
Tərəzi - İstirahət və əyləncəni müvəqqəti təxirə salaraq faydalı işlə məşğul olun. Detalları qulaqardına vurmayın, təfərrüatlara fikir verin. Önəmli münasibətlər istədiyiniz dinamikada inkişaf etmir. Süni təsirə əl atmayın, hadisələri tələsdirməyin.
Günün ikinci yarısında təmaslarda sayıq olun. Fırıldaqçıya aldanmayın, yalançıya etibar etməyin. Qıcıqlı davranaraq münaqişənin səbəbkarına çevrilməyin.
Əqrəb - Ünsiyyət, qeyri-formal şəraitdə işgüzar məsələlərin həlli üçün əlverişli zamandır. Çıxış etmək, tədbirə qatılmaq olar. Diqqət mərkəzində olacaqsınız.
Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın. Yalnız etimada layiq insanlarla sıx ünsiyyətdə olun.
Çətin məsələlərin öhdəsindən gələ biləcəksiniz.
Günün ikinci yarısında qurmağa başladığınız planın reallaşma şansı az deyil. Qeyri-adi, hətta ekstravaqant əşyalar almaq olar.
Oxatan - Birmənalı olmayan gündür. Bir tərəfdən qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla çatır, ən mürəkkəb tapşırıq və problemlərin öhdəsindən gəlirsiniz. Digər tərəfdən əhvalınızın dəyişməsinə ehtiyac var. Xırda detallar və mənasız məqamlar sizi pərişan edir. Qıcıqlanmağınıza və stress durumuna düşməyinizə isə heç bir səbəb yoxdur.
Günün ikinci yarısında maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəyindən artıq pul xərcləməyin. Gəlirlər çox azdır. Köç və alış-veriş üçün əlverişli zaman deyil.
İstənilən təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Təklifin mənfi və müsbət yönlərini dəyərləndirin.
Oğlaq - Mənfi təmayüllərin təsiri güclü olsa da, bədbinliyə qapılmayın, ruhdan düşməyin. Əvvəllər başladığınız işi mütləq başa vurun. Problemlərin istisnasız olaraq hamısının səbəbkarının özünüz olduğunu düşünməyin. Əhvalınızı yüksəltmək üçün mütləq şəkildə səbəb və vasitə tapın.
Nikbin olmalısınız ki, ağır işlərin öhdəsindən gələ biləsiniz. Tənha qaldığınızı düşünməyin, spontan və impulsiv addım atmayın. Yaşamınızda ciddi dəyişikliklərin ərəfəsidir. Hadisələrin axarını süni şəkildə dəyişməyə çalışmayın.
Dolça - Müqavilə, anlaşma, yeni sifarişin qəbulu və ya layihə üçün əlverişli gün deyil. Küçədə ehtiyatlı olun. Qiymətli əşyanın itirilməsi, oğurluq ehtimalı var. Günün emosional fonu əlverişli deyil. Ən adi hadisələri bədbin məcrada görürsünüz.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin, ailədə münaqişə yaratmayın. Yaxınlarınızdan tam anlayış gözləyir, amma özünüz yalnız fərdi mövqeyinizin absolyut həqiqət olduğunu düşünürsünüz. Dövlət qurumlarının nümayəndələri ilə təmaslar, məmurlarla ünsiyyət məsləhət deyil.
Axşam saatlarında normal istirahətə vaxt tapın.
Balıqlar - Əntiqə gündür, narahatlıq, təlaş üçün heç bir ciddi səbəb yoxdur. Başqasının əhvalına həddən ziyadə həssas olmayın. Belədə energetik vampirin qurbanına çevrilməklə yanaşı, bədxahın əlində oyuncağa çevrilə bilərsiniz. Təmasları məhdudlaşdırın.
Günün ikinci yarısında ev işlərini yada salın.
Axşam saatlarında dəvət aldığınız yerə qatılın. Kiçik səfərlər pis olmaycaaq. Yolda xoş tanışlıq istsina deyil.
Axşam saatları alış-veriş üçün münasibdir.
Milli.Az