Kıvanç Tatlıtuğ film çəkəcək
5.12.2013

Tanınmış aktyor və model Kıvanç Tatlıtuğ yeni hədəflərini açıqlayıb.

Aktyorluq sahəsində bacarığını nümayiş etdirən Kıvanç film çəkmək eşqinə düşüb:

"İki ildir ki, real həyatda baş verən hadisələrdən hekayə yazıram. Onlardan ikisi hazırdır, biri isə tamamlanmaq üzrədir. Hekayələrdən birinə film çəkmək istəyirəm. Aktyorluq edirəm, amma kamera arxasında baş verənlərə marağım olduqca böyükdür. Çəkilişlər zamanı həmişə rejissora çoxlu suallar verirəm".

Qeyd edək ki, 2005-ci ildə "Gümüş" serialı ilə məşhurlaşan K. Tatlıtuğ son olaraq "Kelebeğin rüyası" ("Kəpənəyin yuxusu") filmində rol alıb.

Axşam.az