Tanınmış müğənni Beyons və həyat yoldaşı, reper Cey Zi 22 günlük rejimə başlayıb.
Məşhur cütlük dekabrın 25-dək veqan (veqanlıq - vegeterianlığın sərt növü) olacaq.
Cey Zi bu ideyanı veqan olan yaxın dostunun təklifindən sonra düşünüb. Reper bu yolla orqanizminə fayda vermək istəyir. Beyons isə formada qalmaq üçün ona qoşulub.
"Psixoloqlar bildirir ki, nəyəsə vərdiş etmək üçün 21 gün lazımdır. Rejimimiz ikimizə də xeyirli olacaq".
Beyons artıq sosial şəbəkədə veqan yeməklərinin fotosunu da paylaşıb.
publika.az