Futbolun yaşayan əfsanəsi Pele “Brazilya 2014” dünya çempionatının dekabrın 6-da (Bakı vaxtı ilə saat 20.00-da) baş tutacaq püşkatma mərasimində iştirak etməkdən imtina edib.
Pele açıqlamasında bildirib ki, Brazilya prezidenti Dilma Rousseff püşkatmaya qatılmağımı təklif edibmiş:
“Prezident Dilma Rusef mənə püşkatmaya qatılmağımı təklif etmişdi. İmtina etdim. Çünki əvvəllər bunu etmişəm. Braziliyanı çətin qrupa salan adam biri olmaq istəmərəm. Ancaq mən püşkatmada iştirak etməsəm də mərasimdə olacağam”.
publika.az