18.11.2014
  
Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb.
17.11.2014
  
Azərbaycanda bu gün Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı.
17.11.2014
  
Nobel prospekti Zığ şossesi istiqamətində (“Ağ şəhər”in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
17.11.2014
  
ABŞ-ın “Apple” şirkəti yaxın vaxtlarda Böyük Britaniyada tədqiqat və işləmələr mərkəzi (R&D centers) açmağı planlaşdırır.
17.11.2014
  
Yeni Zelandiya Mərkəzi Bankının sədr müavini Qrant Spenser bildirib ki, rəqəmli pullar ölkədə ənənəvi ödəniş formasını əvəz edə bilər.
17.11.2014
  
Noyabrın 20-də Hasan Kiraçın rejissoru olduğu “Birleşen gönüller” filminin qala–premyerası keçiriləcək.
17.11.2014
  
Bakı şəhərində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans keçirilir.
17.11.2014
  
Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.
17.11.2014
  
Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa, rejissor Məlahət Abbasovanın səhnələşdirdiyi tamaşa Türkiyədə mükafat qazanıb.
17.11.2014
  
“Best Model of The World” beynəlxalq gözəllik yarışmasında iştirak üçün sənəd qəbulu elan olunub.
17.11.2014
  
Argentinada mutasiya nəticəsində xortumlu it dünyaya gəlib.
17.11.2014
  
Beynəlxalq Qadınlar Klubu noyabrın 23-də “Milad bazarı” adlı xeyriyyə tədbiri keçirəcək. Tətbirdə məqsəd köməyə ehtiyacı olan uşaqlara yardım toplamaqdır.
17.11.2014
  
Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin imzalanmasına hazırlığı başa çatdırıb.
14.11.2014
  
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin təməli qoyulub. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
14.11.2014
  
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
14.11.2014
  
Azərbaycanda ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı uşaqlar üçün pulsuz uşaq qidası veriləcək.
14.11.2014
  
Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin mərhələlərlə artırılması nəzərdə tutulur.
14.11.2014
  
Məkkədə İslam peygəmbəri Həzrəti Məhəmmədin (s.a.s) doğulduğu evin yerində Səudiyyə Ərəbistan rəhbərliyi kral sarayı inşa etmək istəyir.
14.11.2014
  
Forbes jurnalı ABŞ-ın ən varlı adamlarının növbəti siyahısını açıqlayıb.
14.11.2014
  
Dünyadakı ən şəffaf göl Yeni Zelandiyada yerləşir. Gölün suyu o qədər şəffafdır ki, 76 metr dərinlikdə olan hər şey aydın görünür.