Dünyanın ən böyük internet mağazası “Amazon” şirkəti “Mirasol” ekranı ilə təchiz edilmiş “Qualcomm Toq” smart saatının satışına başlayıb.
Başqa istehsalçıların smart saatları kimi “Qualcomm Toq” smartfon və ya planşetə “Bluetooth” modulu ilə qoşulur və ekranda qurğudan xəbərdarlıq, həmçinin mətn mesajları və elektron məktubları göstərir.
Saatın özəlliyi “Mirasol” ekranı ilə təchiz edilməsidir. Bu texnologiya ilə işləyən ekranlar təsviri “elektron kağız” kimi əks olunan işıqda formalaşdırır, lakin ondan fərqli olaraq, rəngli təsvir əks etdirir.
“Mirasol” ekranları maye kristal ekranlarla müqayisədə daha az enerji sərf edir.
“Samsung Galaxy Gear” smart saatlarından fərqli olaraq “Qualcomm Toq”-un ekranı daima qoşuludur. Bu halda qurğunun şarjı dörd-beş günlük istifadə üçün kifayət edir.
“Qualcomm Toq” smart saatında ekranın diaqonalı 1,55 düym təşkil edir və çəkisi 90 qramdır. Qurğunun tədarük dəstinə “WiPower” simsiz adapteri daxildir.
Gün.Az