Cazibədar Monikanın şərəfinə çanta buraxıldı - FOTO
2.4.2014

Dünyanın ən bahalı brendi Monika Belluççinin şərəfinə çanta buraxıb. Dolce&Gabbana “Monica” çantalarını yay aylarında satışa çıxaracaq.

Dolce&Gabanna brendi cazibədar italyan aktrisası və modeli Monika Belluççinin şərəfinə çanta yaradıb. Aktrisa ilk dəfə bu çanta ilə Moskvada yeni parfümeriya-kosmetika butikinin açılışında görünüb.

2014 payız-qış kolleksiyasından olan qara rəngli "IT-bag" artıq bir çox modapərəstlərin diqqət mərkəzindədir. "Monica" adı verilən aksesuar yalnız iyul ayında satışa çıxarılacaq, 3 rəngdə və ölçüdə təqdim olunacaq. Timsah dərisindən olan model isə məhdud tirajla ancaq Moskvada satılacaq.
Büronun seçimi: Dolce&Gabbana “Monica” çantası

Publika.az